Azərbaycanda turizm sektorunun daha da inkişaf etdirilməsi, problemlərin koordinasiyalı şəkildə həll edilməsi üçün 2013-cü ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Sağlamlıq və Termal Turizminə dəstək ictimai birliyi (AHTTSA) yaradılmışdır. (AHTTSA yaranmasında əsas məqsəd ölkədə sağlamlıq və termal turizmin inkişafı və əhalinin bu sahədə daha çox maarifləndirilməsi yolu ilə cəmiyyətin məlumatlılığının yüksəldilməsidir. Təşkilat yarandığı gündən dövlətin yürütdüyü turizm siyasətini dəstəkləyir və Azərbaycanda sağlamlıq turizminin daha da inkişaf etdirilməsi naminə öz töhvəsini vermək istiqamətində mütəşəkkil fəaliyyət prinsiplərini hər zaman rəhbər tutur. Rəsmi olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sağlamlıq turizmi seqmentində dəstəklənən ilk və tək quruluşdur. AHTTSA fəaliyyəti Azərbaycanın bütün rayon və şəhərlərini əhatə edir və ölkədəki sağlamlıq və termal turizm potensialının araşdırılmasına xüsusi olaraq önəm verir.
Dünya Sağlıq Turizmi Konseyinin üzvü olan ictimai birlik Azərbaycanın sağlamlıq turizmi potensialını daha da geniş formatda geniş auiditoriyaya sərgiləyərək və dünya assosiasiyaları ilə işbirliyi şəraitində onlarda mövcud olan imkanlardan yararlanaraq müxtəlif seminarlar, forumlar təşkil etməkdədir. AHTTSA ölkədə mövcud olan təsisatları bir qurumun ətrafında birləşdirərək, xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı treninqlərə cəlb edərək və onların təqdimatını həyata keçirərək fəaliyyətini həyata keçirir