Maraqlı səyahətlər və istirahət, faydalı müalicə və sağlamlığın möhkəmləndirilməsi üçün - günəşli və zəngin təbiətli Azərbaycanı seçin. Siz burada gözəl təbiət ilə yanaşı, eyni vaxtda yerli koloritli heyrətamiz sayda qədim abidələri görmək və asudə vaxtın xoş keçməsindən, orqanizmin faydalı sağlamlaşdırılmasından eyni vaxtda zövq alabilərsiniz. Müalicəvi təbii sərvətlər vasitəsilə kurort və sanatoriya istirahət və müalicə Sizə dincəlmək və sağlamlığınızı bərpa etmək imkanı verəcək. Azerbaycan
“Sağlamlıq və Termal Turizmə Dəstək” ictimai birliyi (ASTTD İB) sizə ilk kataloqu təqdim edir.
Kataloqa müalicə bazaları, balneoloji, iqlim, müalicəvi palçıq kurortlarını əhatə edən otel və sanatoriyalar daxil edilmişdir. Biz hər bir obyekt haqqında daha dolğun məlumat verməyə çalışdıq. Ümidvarıq ki, hər bir oxucu orada özləri üçün çox faydalı məlumatlar əldə edəcək. Kataloqda bölgələr, istirahət və müalicə obyektləri haqqında əsas məlumatlar təqdim olunur. Kataloq, Sizin seçiminiz üçün əvəzsiz köməkçi olacaq.
Kataloq, maraq və arzularından asılı olaraq, həm yerli vətəndaşlar, həm qonaqlar üçün istənilən əlverişli və faydalı müalicə və istirahəti təklif etməyə imkan verir.
Əmin olun ki, Azərbaycanı seçib, siz maraqlı və səmərəli vaxt keçirəcəksiniz, həm yaxşı dincələ bilərsiniz, həm də səhhətinizi nizamlayacaqsınız . Yaxşı istirahət – sağlamlıq üçün ən mühüm amildir.