Ümumi məlumat

 

Azərbaycan heyrətamiz tarix və unikal mədəni irsə malik bir ölkədir. İlk fərziyyələrdən biri fars köklü Aturpatakan (müqəddəs atəşin saxlandığı yer mənasını verir) sözünün ölkəni təsvir etmək üçün istifadə edilməsidir. Azərbaycan ta qədimdəözünün əbədi yanan ocaqları, atəşgahları ilə məşhurdur. Abşeronda Yanardağ deyilən yer var. Suraxanıda əbədi olaraq yanan və heç vaxt sönməyən Atəşgah vardır. Əsrlər boyu dünyanın uzaq-uzaq ellərindən oda inanan, oda tapınan atəşpərəstlər, hətta Hindistandan kahinlər odu axtara-axtara gəlib onu Abşeronda tapıblar və özlərinin baş məbədlərini burada - Suraxanı Atəşgahında yaratmışlar. Azərbaycanda yer altından neftin, yanar qazın çıxması bu yeri hələ qədim zamanlarda hər yerdə məşhur etmişdir.Bu gün də «Azərbaycan» deyəndə göz önünə onun əsas sərvəti olan neft gəlir. Azərbaycanın ümumi sahəsi 86,600m2 ərazini əhatə edir. Azərbaycanın iqlimi, coğrafi quruluşu və topoqrafiyası mədəni irsi qədər müxtəlifdir, belə ki, məlum olan 11 iqlim qurşağından doqquzu bu ölkənin ərazisində mövcuddur. Ölkə Avropa və Asiyanın kəsişməsində yerləşərək, qərb və şərq arasında körpü rolunu oynayır. Azərbaycan İpək Yolunun bir hissəsi olub.