QLOBAL SAĞLAMLIQ HAMI ÜÇÜN

Əsas vizyonumuz sağlamlıq turizmi ənənələrini  yeni innovativ sistemlər və startaplar vasitəsilə yeni sağlamlıq turizmi istiqaməti kimi dünyaya tanıtmaq və Qlobal Sağlamlıq Turizmində əsas oyunçulardan biri olaraq, Qlobal Sağlamlıq Turizmi Şurasının inkişafına  töhfə verməkdir. Biz GHCTC üzvlərinin əlaqələrinin faydaları üçün müsbət və səmərəli nəticələrin əldə olunmasında maraqlıyıq. Hesab edirik ki, qarşılıqlı əlaqələr sağlamlıq turizmi sektorlarımız arasında əməkdaşlığımızı gücləndirəcək. Azərbaycanda daha yaxşı anlaşma və dinc əməkdaşlıq üçün bütün dünyadan gələn qonaqları dialoqa cəlb etmək ənənəsi var. 2011-ci ildən Azərbaycan UNAOC, YUNESKO, BMT-nin Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və İSESKO ilə əməkdaşlıq çərçivəsində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. “Bakı prosesi” kimi tanınan bu təşəbbüs vasitəsilə Azərbaycan mədəniyyətlərarası dialoqun gücünü etiraf edir və nümayiş etdirir ki, bu cür görüşlər bütün insanları daha da yaxınlaşdırır, müsbət mədəniyyətlərarası və inklüziv münasibətlər üçün şərait yaradır. Müalicəvi xüsusiyyətləri ilə tanınan Naftalan neftinin nəinki Azərbaycanda, bütün dünyada analoqu yoxdur. Əsasən revmatizm, oynaq və sümük, həmçinin dəri və zöhrəvi xəstəliklərin müalicəsində istifadə olunur. Qalaaltı suyu böyrək daşlarının müalicəsində müstəsna rol oynayır, Duzdağ isə nadir duz mağarası bronxial astmanın ağır formalarını müalicə etməkdə dünyada ən yüksək effektivliyə malikdir. Masallı rayonundakı ecazkar İstisu bulağı insanlara mədə-bağırsaq xəstəliklərinin öhdəsindən gəlməyə kömək edir. Maraqlı məqam ondan ibarətdir ki, istər Naftalan xam nefti, istərsə də mineral suları təbii mənbədən kənar eyni effekti vermir.. Əslində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının onları təbliğ etməsinə heç bir maneə yoxdur. Biz beynəlxalq tədbirlər, sərgilər zamanı hər bir səhiyyə müəssisəsinin xarakterik xüsusiyyətlərini geniş şəkildə təbliğ edirik. Bütün qeyd olunanları nəzərə alsaq, əminliklə deyə bilərik ki, Azərbaycan dövlətinin turizm sahəsinə qoyduğu sərmayə  artıq öz bəhrəsini verib.