slide.jpg
slide.jpg
duz.jpg
duz.jpg
qala.jpg
qala.jpg

Naftalan şəhərində infotur

Noyabrın 7-8-də Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosasiyasının və "Naftalan Hotel by Rixos" Sağlamlıq və İstirahət Mərkəzinin təşkilatçılığı ilə Naftalan şəhərində infotur keçirildi. 

Keçirilən infoturun məqsədi son dövrlər daha da inkişaf edən Naftalan şəhərinin turizm potensialını tanıtmaq və təbliğ etməkdən ibarət oldu. İnfoturda yerli turizm şirkətləri və KİV nümayəndələri iştirak etdi.

Tədbir iştirakçıları "Naftalan Hotel by Rixos" Sağlamlıq və İstirahət Mərkəzi ilə tanış oldular. Burada Naftalan nefti ilə həyata keçirilən müalicə üsulları, onun müxtəlif xəstəliklərin müalicəsində əhəmiyyəti haqqında məlumat verildi.

İnfotur çərçivəsində həmçinin bir neçə təqdimatların, Naftalan şəhərinin turizm potensialı, mədəni həyatı, mövcud infrastrukturu ilə tanışlıq da həyata keçdi.