slide.jpg
slide.jpg
duz.jpg
duz.jpg
qala.jpg
qala.jpg

Sənədlər

“Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsihaqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı.

“Azərbaycan kurortları” Dövlət Proqramı haqqında”  Azərbaycan Respublikası Prezidentinin 2007- ci il 27 fevral tarixli  2002 nömrəli Sərəncamının icrasını təmin etmək  məqsədi  ilə  qərara  alıram:

  1. “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin
  3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

MƏQSƏD

Dövlət Proqramının əsas məqsədi Azərbaycanda kurortların, müalicə-sağlamlıq və istirahət ocaqlarının inkişaf etdirilməsindən, onların fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə və tələblər əsasında təşkil olunmasından, ölkə ərazisində mövcud təbii müalicə ehtiyatlarından səmərəli istifadənin təmin edilməsindən ibarətdir.