slide.jpg
slide.jpg
duz.jpg
duz.jpg
qala.jpg
qala.jpg

Fəaliyyət planımız

Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin 2013-2015- ci illər fəaliyyət planı.
 

Tədbirin adı

  1. Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi (ASTTDİB) təsis prosedurlarının tamamlanması (təsis,yuridik sənədləşmə,hesabın açılması, vergi və digər qeydiyyat sənədləməsinin həyata keçirilməsi,möhür və logotipin təsdiqlənməsi )
  2. Menecment sturkturun yaradılması (idarəetmə və  icra funksiyalarının müəyyən olunması)
  3. ASTTDİB-in internet səhifəsinin yaradılması, müxtəlif sosial şəbəkələrdə prmotion səhifələrin açılması (fəaliyyətin qiymətləndirilməsi,təkliflər, is planı, cari tədbirlər )
  4. Paralel olaraq, vahid  online məlumat bazasının yaradılması.
  5. Sağlamlıq turizminin daşıyıcıları olan müəssisələrin.  bir sıra göstəricilərinə uyğun klassifikasiyasını (gecələmə, qidalanma(o cümlədən pəhriz), müalicə xidmətlərinin çeşidi, asudə vaxtın təşkili-əyləncə proqramları,yaxın çevrədə cəlbedici ekskursiya obyektləri, xidmət edən personal və rəhbərlik haqqında məlumat) əks etdirən kataloqunun yaradılması
  6. Azərbaycanda saglamlıq turizminin inkişafına maraqlı olan və birliyin prioritet hesab etdiyi müəssisələrin üzvlüyə qəbul edilməsi
  7. Milli QHT Forumuna üzvlüyün həyata keçirilməsi(Dəstək Şurası tərəfindən elan olunan qrant layihələrində iştirak)
  8. Azərbaycan Respubliksı ərazisində sanatoriya,kurortlar, sağlamlıq mərkəzləri,Spa mərkəzlər vəs sağlamlıq turizmi obyektlərini, o cümlədən mineral sular, şəfalı su mənbələri, balneoloji, iqlim, müalicəvi palçıq kurortları ,Naftalan nefti, müalicəvi duz mağara və yataq-hövzələrini əks etdirən  XÜSUSİ SAĞLAMLIQ TURİZMİ XƏRİTƏSİNİN  yaradılması
  9. Dövlət proqramlarının,sərəncamlarının və sosial turizmin təbliğ edilməsi
  10. Bakı və digər rayon, şəhərlərdə müəssisə və təşkilatlar arasında daha çox turist cəlb etmək məqsədi ilə sosialoji sorğu və marketinq araşdırmalarının aparılması (müalicə ilə bağlı onların istəkləri, məqsədləri, qiymətlər, müalicə şərtləri və çeşidləri, yerli məkanın xüsusiyyətləri,məşquliyyət, endirimlər,vəs)
  11. Sağlamlıq turizmi müəssisələrinə yeni səmərəli biznes təkliflərin verilməsi üçün turist və müalicə olunanlardan, o cümlədən personaldan anket sorğusunun götürülməsi(nəaliyyət və problemlər, iş prinsipi,xidmət, müştəri məmnunluğu vəs )
  12. Menecer və xidmət personalının hazırlıq səviyyəsinin artırılması məqsədi ilə treninq və kursların təşkili. Xarici ekspertlərin dəvəti(kommersiya əsasları ilə). ATİ və Məd.Tur.Nazirliyi,Səhiyyə Nazirliyi  ilə əməkdaşlıq
  13. Tibbi profilə uyğun olaraq, sanator-kurort müəssisələrin bazasında Ati və turizm kolleci tələbələrinə stajirovkaların keçirilməsinə nail olmaq
  14. Sağlamlıq turizmi ilə bağlı elmi araşdırmaları və lazımi təcrübələrin davamlılığını stimullaşdırmaq məqsədi ilə maliyyə qaynaqlarının araşdırılması
  15. Dunya Saglamlıq turizmi və digər ölkələrin ayrı-ayrı sağlamlıq turizmi dərnəkləri ilə əmakdaşlıq etmək. Dunya Sağlamlıq Turizmi ailəsinə inteqrasiya.Dunya üzrə konqres,sərgi, simpozium,seminar və infoturlarda iştirak
  16. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, EA,Həmkarlar İttifaqları Konfederasiyası,sanator-kurort müəssiələrin iştirakı ilə mütəmadı dəyirmi masa, seminar və konfransların təşkili
  17. Sağlamlıq turizmi ilə bağlı xarici təcrübənin və yeni biliklərin  öyrənilməsi istiqamətində bir sıra xarici kurort şəhərlərə infoturların təşkili və xarici ekspertlərin dəvət olunması (Çexiya,Sloveniya,Türkiyə,Rusiya,Ukrayna,Gürcustan, Belarus, Bolqariya və s)
  18. Ayda bir dəfə Birliyin iclasını keçirmək
  19. Dövri mətbuata mutəmadi məlumatların verilməsi