slide.jpg
slide.jpg
duz.jpg
duz.jpg
qala.jpg
qala.jpg

Haqqımızda

Azərbaycan Sağlamlıq Turizmi. Tarixi və İnkişafı.

Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün əlverişli olan iqlim rəngarəngliyi, müxtəlif mineral və termal su mənbələri, müalicəvi neft və vulkanik palçıqla və digər təbii ehtiyyatlar var. Hələ qədim zamanlardan Azərbaycana gələn turistlər bu ölkənin sağlamlıq turizmindən də yararlanırdılar.

   

Azərbaycandakı təbii müalicəvi mənbələrin XIX əsrin əvvəllərindən araşdırılmasına baxmayaraq hələ bir neçə onilliklər öncə uzaq yerlərdən bu mənbələrə şəfa tapmaq arzusu ilə gələn insanlar müşahidə olunurdu.

1920-ci ilə qədər bu təbii sərvətlərdən geniş miqyada istifadə olunmurdu. Bu sərvətlərdən yalnız çox zadəganlar, yüksək mənsəb sahibləri istifadə edirdi.

1925-1930-cu illərdə bu təbii sərvətlər planlı şəkildə öyrənilməyə başldı. Bir sıra müalicəvi-kurort yerlərində sanatoriya və istirahət evlərinin tikintisi başlandı. Son illərdə sağlamlıq turizmi sahəsində aparılan islahatlar bu sahəyə olan marağın artmasına səbəb olur.


MƏQSƏD

Dövlət Proqramının əsas məqsədi Azərbaycanda kurortların, müalicə-sağlamlıq və istirahət ocaqlarının inkişaf etdirilməsindən, onların fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə və tələblər əsasında təşkil olunmasından, ölkə ərazisində mövcud təbii müalicə ehtiyatlarından səmərəli istifadənin təmin edilməsindən ibarətdir.